`BakuBus`un avtobusu 24 yaşlı qızı vurdu


22:14     21 Noyabr 2017 piyada%20qadin.jpg

“BakuBus”un avtobusu gənc qızı vurub.


Femida.az-ın xəbərinə görə, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Yasamal rayonunda baş verib.

Belə ki, Hüseyn Cavid prospektində yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Abbaslı Roza Pərviz qızını 3 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” şirkətinə məxsus sərnişin avtobusu vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 753